"Təyyarə havada zədələnmişdi" | Hesabatdan sitat

   "Təyyarə havada zədələnmişdi"    | Hesabatdan sitat
  04 Fevral 2025    Oxunub:500
Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin yer səthi ilə toqquşana qədər 1, 2 və 3-cü hidravlik sistemlərinin zədələndiyini sübut edən şəkil və qrafik təqdim olunub.
Qəza ilə bağlı 10 nəticə | İlkin hesabat
Sənəddə deyilir ki, müəyyən edilmiş zədələr hidravlik mayenin və təzyiqinin itkisi ilə nəticələnib.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

AzVision.az


Teqlər:   Embraer   Hesabat   Qəza  





Xəbər lenti